
Bakı. Trend:
Azərbaycanda mayın 27-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, mayın
27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu
olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı
ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın
temperaturu gecə 13-16° isti, gündüz 19-24° isti olacaq. Atmosfer
təzyiqi 768 millimetr civə sütunundan 760 millimetr civə sütununa
enəcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 45-50 faiz
olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin
gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı
gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək
çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman
olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°
isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16°
isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur
rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz
saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Qısamüddətli şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq
küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 22-27°
isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin
Daşkəsən-Gədəbəy, Göygöl rayonlarında hava əsasən yağmursuz olacaq.
Lakin gündüz saatlarında bəzi yerlərdə arabir yağış yağacağı
gözlənilir. Qısamüddətli şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı
var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan
rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz əsasən
dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Qısamüddətli
leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı
var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, bəzi
yerlərdə 18-20° isti olacaq.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalan,
Füzuli rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi
dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Qısamüddətli
şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir
duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə
10-15° isti, gündüz 22-27° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Ağdaş, Mingəçevir, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz,
Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən
bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan
xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 20-25° isti, dağlarda
gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan,
Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul,
Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz
keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi
əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti
olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad
rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi
yerlərdə arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan
xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Bəzi yerlərdə arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 18-23° isti, dağlarda
gecə 8-11° isti, gündüz 15-17 isti olacaq.





























