Advertisement

Bəzi açıq sahələrdə Kür məcradan çıxıb – FHN

Bakı. Trend:

Ölkənin bəzi ərazilərində davam edən leysan xarakterli intensiv
yağışlar, həmçinin qonşu Gürcüstanda Kür çayının hövzəsində
müşahidə edilən güclü yağışlar nəticəsində Kür çayının səviyyəsinin
kəskin artması səbəbindən bəzi açıq sahələrdə suyun məcradan
çıxması baş verib, lakin yaşayış məntəqələrinə hər hansı təhlükə
qeydə alınmayıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Bununla belə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon
xəttinə təhlükəli vəziyyətlə əlaqədar hər hansı müraciət daxil
olmayıb. Hazırda FHN tərəfindən mövcud şərait diqqətlə izlənilməklə
vəziyyət tam nəzarət altında saxlanılır.