Advertisement

Çaylarda suyun səviyyəsi izlənilir – ETSN

Bakı. Trend:

Qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində
mayın 26-da Debed və Kür çayında suyun səviyyəsi kəskin artıb.
Hazırda da Debed çayında sel davam edir.

Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin
Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.

O qeyd edib ki, Kür çayının Ağstafa rayonu ərazisində
Qıraqkəsəmən avtomat hidroloji məntəqəsində mayın 26-da suyun
səviyyəsi dünən ilə müqayisədə 152 sm artıb və hazırda da
səviyyənin artımı davam edir.

Asif Verdiyev Avtomat stansiya vasitəsilə Kürdə suyun
səviyyəsinin izlənildiyini və nəzarətdə saxlanıldığını
bildirib.

“Səviyyənin artımının mayın 27-də də davam edəcəyi gözlənilir.
Yaranmş vəziyyətlə əlaqədar Qazax, Tovuz və Ağstafa rayonlarının
ərazisində yaşayan əhalinin diqqətli olmaları və çayın sahilindən
kənar durmaları xahiş olunur”, – deyə o bildirib.