Bakı. Trend:
Qobustan və Xəzər rayonlarının bir hissəsinin qaz təchizatında
müvəqqəti fasilə yaranacaq.
Trend xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
“Qaz İxrac” İdarəsinə məxsus “Mozdok-Qazıməmməd” yüksək təzyiqli
magistral qaz kəmərinin 279-cu km-də, “Yeni Binə” QPS-də giriş
kollektorunun fləns birləşməsində aşkar olunmuş qaz sızmalarının
ləğvi və “Zirə-Şimal DRES” magistral qaz kəmərində aparılacaq təmir
işləri ilə bağlı 27.05.2024-cü il tarixində saat 11:00-dan etibarən
işlər başa çatanadək “Mərəzə”, saat 10:00-dan isə “Yeni Binə-2
əhali”, “Yeni Binə-1 sənaye”,“Zirə 4”, “28 May sənaye”, ”Zirə Qəbul
(Paralel)” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması
planlaşdırılır”, – İstehsalat Birliyi xəbərdarlıq edib.
Qeyd olunub ki, “təmir işləri aparılan müddətdə Qobustan
rayonunun (Mərəzə şəhəri daxil olmaqla rayonunun 12 kəndi, 130
qeyri-yaşayış sahəsi) bir hissəsinin, paytaxtın Xəzər rayonunun
(Binə sovxozu, Mehriban qonşular və Gürcüstanlılar yaşayış
massivləri, Zirə qəsəbəsi, Dübəndi, Dənizkənarı küçəsi və 35
qeyri-yaşayış sahəsi) bir hissəsinin qaz təchizatında müvəqqəti
fasilə yaranacaq”.





























