Advertisement

Əsas sual budur ki, yeni pandemiya nə zaman və harada başlayacaq? – Xorvatiyanın sabiq prezidenti

Bakı. Trend:

Növbəti pandemiya hələ də problem olaraq qalır.

Trend xəbər verir ki, bunu Xorvatiyanın sabiq prezidenti Kolinda
Grabar-Kitarovic XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Hər
kəs üçün sağlamlıq” adlı panel müzakirəsində çıxışı zamanı
deyib.

“Əsas sual budur ki, yeni pandemiya nə zaman və harada
başlayacaq? Biz buna etinasız yanaşırıq. Bir çox məsələlər
bəşəriyyətin gələcəyini sual altında qoyur. Növbəti pandemiyadan
dünyanı necə qoruyacağımız gündəm məsələsi olaraq qalır.

Pandemiyanın monitorinqi qurulmalıdır. Hər bir dövlət
özünüqiymətləndirmə aparır. Müsbət tərəflər deyildi, lakin zəif
tərəflər gizlədildi. Pandemiyanın qarşısını almaq üçün zəif yönlər
aradan qaldırılmalıdır”, – deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM)
tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə
400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də, keçmiş və hazırkı
dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak
edir.