
Bakı. Trend:
Bu gün saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə
görə, mayın 26-sı bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.
27-də gecə və səhər əksər rayonlarda hava şəraiti əsasən yağmursuz
keçib.
Düşən yağıntının miqdarı Gədəbəydə 6 mm, Zaqatala, Balakəndə 5
mm, Culfa, Şahbuz, Şahdağ, Göygöl, Naxçıvan, Ordubad, Daşkəsən,
Şəmkir, Tovuz, Qəbələ, Qobustan, Sabirabad, Cəfərxan, Yardımlıda 4
mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Mayın 26-sı saat 16:00 radələrində isə Gədəbəyin Düzyurt kəndi
ərazisinə diametri 6-8 mm olan, saat 16:40-16:45 radələrində isə
Şahdağa dolu düşüb.
Daşkəsən, Göygöl, Şəmkir, Qax, Balakən, Zaqatala, Qrız, Lerik,
Pirallahı, Binə, Neft Daşları, Çilov adasında duman müşahidə
olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında
21-25, Naxçıvan MR-da 21-24, Aran rayonlarında 22-25, dağlıq
rayonlarda 13 dərəcəyədək isti olub.





























