
Bakı. Trend:
Məktəblərdə yoxlamalar davamlı aparılacaq. Məqsəd məktəblərə
nizam-intizamın qaytarılmasıdır. Bu yoxlamalar iki istiqamətdə
aparılır.
Trend xəbər verir ki, bunu “Yaşıl Artım” Gündəliyində Təhsil
konfransında jurnalistlərə açıqlaması zamanı elm və təhsil naziri
Emin Əmrullayev deyib.
O bildirib ki, yoxlamaların birinci istiqaməti daha çox
məktəblərə kömək etmək məqsədi daşıyır:
“Əsas odur ki məktəblərdə sənədlər, inzibati qaydalara uyğunluq
yerində olsun. İkinci istiqamət üzrə monitorinq və yoxlamalar isə
Nazirliyin daxili nəzarət şöbəsi tərəfindən aparılır. Bu, daha çox
qəbuledilməz kateqoriyalardan olan ciddi qanun pozuntularını əhatə
edən yoxlamalardır. Bu yoxlamalar davamlı olacaq.
Çalışırıq ki Nazirliyin regional idarələri də bu yoxlamalarda
yaxından iştirak etsinlər. Təbii ki, ölkədə fəaliyyət göstərən 4400
orta məktəbi eyni anda yoxlamaq və onlara nəzarət etmək
qeyri-mümkündür. Amma biz müəyyən alqoritm əsasında bu yoxlamaları
həyata keçiririk”.
Xəbər yenilənəcək





























