Bakı. Trend:
İrşad Füzuli şəhərində ilk elektronika və məişət texnikası
mağazasını açan şirkət oldu. Şəhərin mərkəzində Zəfər yolu, Mida
binalarında yerləşən mağaza 09:00 -dan 20:00 dək müştərilərin
xidmətinə açıqdır. Şirkətdən verilən məlumata görə artıq ilk
müştərilər də alış-veriş edib.

Qeyd edək ki, İrşad yaxın zamanda Naxçıvan, Şamaxı, İsmayıllı,
Zaqatala bölgələrində də yeni mağazalarını açacaqlarını “İrşad Karyera”
səhifəsində paylaşdıqları vakansiyalarla elan ediblər.



İrşad – la karyerasını qurmaq istəyənlər https://irshad.az/sirket/vakansiyalar
səhifəsinə daxil olaraq müraciət edə və yaxud hazır CV formasını
[email protected] elektron poçt
ünvanına göndərə bilərlər.
İrşad II Qarabağ döyüşləri müddətində bir çox sosial layihələri
ilə fərqlənib. Şirkət torpaqlarımız uğrunda döyüşən hərbçilərimizin
və səfərbər olan hərbi vəzifəli müştərilərin kredit ödənişlərini
dondurub. Zəfər döyüşləri müddətində şəhid olan, yaralanan
hərbçilərin kredit borclarını isə tam silib. Həmçinin, Qarabağ
uğrunda döyüşlərdə yaralanan hərbçilərimizin və səfərbər olunan
hərbi vəzifəlilərin ailələrinə dəstək olmaq məqsədilə 100 ailəyə 30
000 manat birdəfəlik maddi yardım təqdim edib. Ordumuza dəstək
olmaq məqsədi ilə “İrşad Electronics” Silahlı Qüvvələrə Yardım
Fonduna 50 000 manat vəsait köçürüb, cəbhə bölgəsində çətin dağlıq
şəraitdə xidmət edən hərbiçilərimizə 20 000 manat dəyərində isti
geyim yola salıb. Bununla kifayətlənməyən şirkət yaralı
qazilərimizə 100 ədəd mobil telefon bağışlayıb. Həmçinin, Həmrəylik
Günü ərəfəsində 100 şəhid övladının təhsilinə dəstək naminə 100
ədəd planşet hədiyyə edib. Müharibə müddətində mülki vətəndaşlara
edilən hücum nəticəsində hər iki valideynini itirmiş, Gəncə
sakinləri Xədicə və Nilayı isə 18 yaşına qədər himayəsinə
götürüb.





























