
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Sosial Müdafiə Fondu respublika üzrə pensiyaların ödənişini
yekunlaşdırıb.
Fonddan Trend-ə verilən xəbərə görə, martın 7-də Bakı və
Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin
bölgələrində yaşayan şəxslərin mart ayı üzrə pensiyaları, habelə
güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq
bankların bankomatlarından əldə edə bilərlər.





























