Advertisement

Şagird yerdəyişməsi müvəqqəti dayandırılır – Trend.Az

Bakı. Trend:

İyunun 3-ü saat 17:00-da 2023-2024-cü tədris ili üzrə
şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı
vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.

Trend xəbər verir ki, bu
barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat
yayıb.

“Eyni zamanda bir sıra ümumi təhsil müəssisələrinin 2024-2025-ci
tədris ili üzrə 2-9-cu siniflərində yaranmış boş yerlərə şagird
qəbulu üçün elan edilmiş müsabiqəyə qeydiyyat prosesi də 3 iyun
saat 17:00-da yekunlaşacaq.

2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif
bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu
məqsədilə elan edilən mərkəzləşdirilmiş imtahana qeydiyyat prosesi
isə 13 iyun saat 15:00-a qədər davam edəcək.

Növbəti tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi
prosesinin aktivləşəcəyi tarix barədə öncədən ictimaiyyətə məlumat
veriləcək.

Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığı
təmin etmək əsas hədəflərimizdəndir”, – məlumatda deyilir.