Advertisement

Leysan olacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Bakı. Trend:

Azərbaycanın rayonlarında mayın 28-29-30-da əsasən gündüz
saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış
yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə,
qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu
düşəcəcəyi ehtimalı var.

Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında
sululuğun artacağı, Böyük və Kiçik Qafqaz bölgəsinin ərazisindən
axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi
gözlənilir.