Advertisement

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi azalıb?

Bakı. Trend:

Kür çayının Qıraqkəsəmən məntəqəsində 27 may saat 20:00-a olan
məlumata əsasən suyun səviyyəsi tədricən azalıb.

Bu barədə Trend-ə Milli
Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda Kür çayının Ağstafa rayonu ərazisindən
keçən hissəsində, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi
tədricən azalmağa başlayıb.

Hidroloji məntəqədən əldə olunan məlumata görə, hazırda çayda
suyun səviyyəsi 554 sm təşkil edir.

Xatırladaq ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar
nəticəsində mayın 26-da Kür çayının Ağstafa rayonu ərazisindən
keçən Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin
artmışdı.