
Bakı. Trend:
Azərbaycan COP29-da İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin
iştirakına dəstək verəcək.
Trend xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham
Əliyevin İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı
firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda Antiqua və
Barbudada keçirilən 4-cü Beynəlxalq Konfransının iştirakçılarına
müraciətində yer alıb.
“Bakıdakı COP üçün seçdiyimiz “Yaşıl dünya naminə həmrəy olaq”
şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir. Hamımız birlikdə
bu vəziyyətlə üzləşdiyimiz üçün bütün ölkələri planetimizi xilas
etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıram. Bu məqsədə
çatmaq üçün bizə siyasi iradə və Azərbaycanın daim müdafiə etdiyi
çoxtərəflilik lazımdır”, – deyə dövlətimizin başçısının
müraciətində qeyd olunub.





























