Advertisement

Şəmkir su anbarında batmış şəxsin meyiti tapılıb

Bakı. Trend:

Beş gün əvvəl Tovuzda su anbarında batmış şəxsin meyiti
tapılıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat
xidmətindən bildirilib.

Məlumatda bildirilib ki, ayın 23-də Şəmkir su anbarının Tovuz
rayonu ərazisinə düşən hissəsində batan Aşağı Öysüzlü kənd sakini
1987-ci il təvəllüdlü Baxşəliyev Zabit Paşa oğlunun meyiti
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda
tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.