Bakı. Trend:
Hazırda Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində,
Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalmağa
başlayıb.
Trend-in
məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin
rəisi Nazim Mahmudov məlumat verib. O bildirib ki, hidroloji
məntəqədən əldə olunan məlumata görə, hazırda çayda suyun səviyyəsi
502 sm təşkil edir.
Xatırladaq ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar
nəticəsində mayın 26-da Kür çayının Ağstafa rayonu ərazisindən
keçən Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin
artmışdı.





























