
Bakı. Trend:
“Tiktok”da tanış olduğu şəxsdən narkotik vasitə alan Lənkəran
sakini saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Lənkəran
Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının
keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz
dövriyyəsində şübhəli bilinən Rüstəmli Məhərrəm saxlanılıb.
Onun avtomobilinə baxış zamanı 6 kiloqram marixuana aşkar
edilib. M.Rüstəmlinin narkotiki “Tiktok” platformasında tanış
olduğu İran vətəndaşından satmaq məqsədilə əldə etdiyi müəyyən
edilib.
Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir ay
ərzində rayon ərazisində keçirdikləri əməliyyatlar zamanı narkotik
vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 35 nəfər
saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.





























