Advertisement

Azərbaycan bayrağının rənglərinə bürünən İstanbul bu gecə daha da gözəl görünür – Nazir

Bakı. Trend:

İstanbulun rəmzlərindən hesab edilən “15 İyul Şəhidləri”, “Fateh
Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri Azərbaycanın 28
May – Müstəqillik Günü münasibətilə dövlət bayrağının rəngləri ilə
işıqlandırılıb.

Trend-in
məlumatına görə, körpülərin işıqlandırılması Azərbaycanın
İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, Türkiyənin dövlət
qurumlarının dəstəyi ilə baş tutub.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu
sosial media hesabındakı paylaşımında Azərbaycan bayrağının
rənglərinə bürünən İstanbulun bu gecə daha gözəl göründüyünü
bildirib.

Nazir paylaşımında “Fateh Sultan Mehmet”, “15 İyul Şəhidləri” və
“Yavuz Sultan Səlim” körpüləri Can Azərbaycanın rənglərinə büründü.
Azərbaycanın Müstəqillik Günü mübarək olsun” – deyə bildirib.