Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalıya
növbəti köç karvanı yola salınıb.
Trend-in
məlumatına görə, Respublikanın müxtəlif ərazilərində yataqxana,
sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati
binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı
mayın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu
mərhələdə Xocalıya 24 ailə 88 nəfər köçürülüb.
Xatırladaq ki, indiyədək Xocalıda 44 ailənin, 169 nəfərin daimi
məskunlaşması təmin edilib.





























