
Bakı. Trend:
Bu gün doğma vətənimə qayıdıram, sevincimin həddi-hüdudu
yoxdur.
Bunu Trend-ə
Xocalıya dönən sakin Cəmilə Nəsibova deyib.
“Allah Prezidentimizə cansağlığı versin. Allah şəhidlərimizə
rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onlar bizə bu
sevinci yaşadıb. Xocalıdan çıxanda 11 yaşım var idi, indi 43 yaşım
var. Çox kövrək hisslər keçirirəm. Uzun illərin Vətən həsrəti sona
çatır və biz artıq bundan sonra həyatımıza doğma torpağımızda davam
edəcəyik”, – deyə o əlavə edib.





























