
Bakı. Trend:
Bu gün çox sevincli və həyəcanlıyıq. Uzun illər həsrətini
çəkdiyimiz doğma yurdumuza geri qayıdırıq.
Bunu Trend-ə
Xocalıya dönən sakin Rəsmiyyə Hüseynova deyib.
O qeyd edib ki, uzun illərin həsrətindən sonra doğma yurdunda
yaşamağa getdiyi üçün sevincinin həddi-hüdudu yoxdur.
“Allah Prezidentimizi var eləsin. Məhz onun rəhbərliyi sayəsində
biz öz yurdumuza geri dönürük. Allah şəhidlərimizi rəhmət eləsin,
qazilərimizə cansağlığı versin”, – deyə o qeyd edib.





























