Advertisement

Xankəndidə xeyli silah-sursat tapılıb – Trend.Az

Bakı. Trend:

Xankəndi şəhərində xeyli silah-sursat tapılıb.

Bu barədə Trend-ə DİN-in
mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə
martın 15-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1
tapança, 3 qumbara, 1 alışdırıcı, 4 patron darağı, 120 ədəd
müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq
götürülüb.