Advertisement

Həcc ziyarətinə sənəd qəbulu başa çatıb – İlk uçuşun vaxtı açıqlandı

Bakı. Trend:

Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başa çatıb.

Trend xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi
məlumat yayıb.

Bildirilib ki, artıq azərbaycanlı zəvvarlar üçün ayrılmış 1500
nəfərlik kvota dolub.

Azərbaycandan Həcc ziyarəti üçün ilk uçuş iyunun 4-də həyata
keçiriləcək.