
Bakı. Trend:
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa
Abbasbəyli vəzifəsindən azad edilib.
Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyindən məlumat verilib.
Bildirilib ki, M. Abbasbəyli başqa işə keçməsi ilə əlaqədar
vəzifəsindən azad olunub.
Xatırladaq ki, o, 2 iyul 2020-ci ildən etibarən Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq
Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışırdı.





























