Advertisement

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub

Bakı. Trend:

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri
ilə Sadiq Cabir oğlu Əliyev Nazirliyin tabeliyindəki Dövlət
Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin
olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, S.Əliyev 1984-cü ildə
anadan olub. 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad
Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci
illərdə magistr dərəcəsi üzrə təhsil alıb.

2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif
vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin
müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət
qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Ailəlidir, 3 övladı var.