
Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev AFFA
Region Liqasında 2023/2024 mövsümünün qalibi olan “Şimal” futbol
komandasnının məşqçi və futbolçuları ilə görüşüb.
Komanda üzvlərini təbrik edən icra başçısı onlara gələcək
yarışlarda uğurlar arzulayıb. Elnur Rzayev prezident İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizdə idmanın inkişafı istiqmatəində görülən
işlərdən və idmançılarımızın beynəlxalq arenada qazandığı
uğurlardan söz açıb. Xaçmaz rayonundada idmanın kütləviliyinə nail
olmaq üçün önəmli layihələrin reallaşdırıldığını diqqətə
çatdırıb.
“Şimal” futbol komandasının üzvləri göstərilən diqqət və qayğıya
görə minnətdarlıqlarını bildiriblər. Görüşdə gələcək perspektiv
planlar müzakirə olunub. “Şimal” futbol komandasının uğurlarının
davamlı olması üçün belə görüşlərin mütəmadi olaraq təşkil
olunacağı vurğulanıb.
Sonda komandaya Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev
tərəfindən fəxri fərman təqdim olunub.





























