Bakı. Trend:
Qəbələdə ictimai yerdə nalayiq hərəkətlərə yol verən şəxslər
Polis Şöbəsinə dəvət olunublar.
Bu barədə Trend-ə DİN-in
Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
eyd olunub ki, ictimai qayda pozuntusuna yol verən həmin şəxslər
barəsində qanunamüvafiq tədbir görüləcək.
Qeyd edək ki, sosial şəbəkədə bloger Fatimə Mövlamlı və Nicat
İsmayılın Qəbələdə polis tərəfindən saxlanılması barədə məlumat
yayılıb.





























