Bakı. Trend:
Qəbələ, Quba, Xaçmaz, İsmayıllı, Masallı və Ağdaş rayonları
ərazisində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Trend xəbər verir ki, bu
barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı Qəbələ şəhəri, 28 May küçəsi 82
ünvanında “Fuel-Tradinq” yanacaq doldurma məntəqəsinin ərazisində
Xəyyam Hacıyev, Quba rayonu Gədikqışlaq kəndi ərazisində, Vəlvələ
bələdiyyəsininmülkiyyətində olan torpaq sahəsində Simon Nisanov,
Xaçmaz rayonu Xaçmaz-Gülalan avtomobil yolunun sol tərəfində Vidadi
Hüseynov, İsmayıllı şəhəri Nizami küçəsində Məzahir Şahvələdov,
Masallı rayonu Təzəkənd kənd R.Nəbiyev adına tam orta məktəbin
həyətində Fəxrəddin Babayev, Ağdaş rayonu, Heydər Əliyev
prospektində Şahin Qəhrəmanov tərəfindən ağac və kolların qanunsuz
kəsildiyi məlum olub. Nəticədə təbiətə 114 650 manat məbləğində
ziyan dəydiyi müəyyən edilib.
Faktlarla bağlı akt tərtib olunub. Hər bir fakt üzrə
yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından
məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş
Prokurorluğa göndərilib.





























