Advertisement

Təhsilverənlərin vəzifə maaşlarına aylıq əlavələrdə texniki məhdudiyyətlər aradan qaldırıldı

Bakı. Trend:

Təhsilverənlərin vəzifə maaşlarına aylıq əlavələrdə texniki
məhdudiyyətlər aradan qaldırılıb.

Trend xəbər verir ki, bu,
Nazirlər Kabinetinin qərarı ilə Dövlət ümumi təhsil müəssisələrinin
(ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil
müəssisələrinin) təhsilverənlərinin (sertifikat-laşdırmanın
nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr”də edilən
dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil
üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil
müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın
nəticəsinə görə) vəzifə maaş-

larına aylıq əlavələr “Dövlət ümumi təhsil müəssisələrində
tədris edilən dərs saatına görə (faizlə)” şərtinə görə deyil
“Tədris edilən dərs saatına görə (faizlə) şərtinə görə veriləcək.
Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki,
dəyişiklik, bəzi hallarda bu əlavələrin verilməsində yaranan
texniki xarakterli məhdudiyyətlərin aradan qaldırılması məqsədilə
edilib.