Advertisement

Sabah bəzi ərazilərdə qaz olmayacaq

Bakı. Trend:

Masallı rayonunda yeddi kəndində qaz təchizatının müvəqqəti
dayandırılması planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə “Azəriqaz” (İB) məlumat
yayıb.

Bildirilib ki, rayonun Köhnə Alvadı kəndində yeni qaz xəttinin
mənbəyə qoşulmasından ötrü Güllütəpə və Tatyanoba kəndlərinin
ümumilikdə 830 abonentinin qaz təchizatının sabah saat 10:00-dan
işlər yekunlaşana qədər dayandırılması nəzərdə tutulur.

Həmçinin rayonunun Musaküçə kəndində yeni qaz tənzimləyicisinin
quraşdırılması üçün Musaküçə, Gəyəçöl, Xıl, Sirəbil, Sərçuvar və
Təzəkənd kəndlərinin ümumilikdə 3800 abonentinin qaz təchizatının
31 may saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması
planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və
təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.