
Bakı. Trend:
Keçmiş məcburi köçkünlük dövründə Şuşa həsrəti hər zaman
ürəyimizdə olub.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini İsmayılov Fəxrəddin
deyib.
Onun sözlərinə görə, 39 yaşında Şuşadan çıxmaq məcburiyyətində
qalıb. Həmin vaxt üç uşağı ilə Şuşanı tərk edib.
“Allah Prezidentimizi qorusun, qazilərimizə cansağlığı versin,
şəhidlərimizə rəhmət eləsin. Şükürlər olsun artıq öz yurdumuza
qayıdırıq. Bütün şuşalıları təbrik edirəm”, – deyə o bildirib.
Xatırladaq ki, bu gün Şuşa şəhərinə 15 ailə – 57 nəfər yola
salınıb. Beləliklə Şuşa şəhərində 105 ailənin, yəni 406 nəfərin
daimi məskunlaşması təmin edilib.





























