Advertisement

Yurdumuz Şuşaya qayıtdığımız üçün Prezidentimizə təşəkkür edirik – Kərimov Vəli

Bakı. Trend:

Bizi doğma yurdumuz Şuşaya qaytardığı üçün Prezidentimizə
təşəkkür edirik.

Bunu Trend-ə açıqlamasında Şuşa sakini Kərimov Vəli deyib.

Onun sözlərinə görə, bu gün doğma Şuşaya qayıtdığı üçün çox
sevinir.

“Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı
versin. Azərbaycanın hər bir yeri bizə vətəndir. Amma doğma
yurdumuz bizim üçün daha əzizdir. 24 il yaşadığım Şuşada çalışacaq,
ömrümü davam etdirəcəyəm”, – deyə o qeyd edib.

Xatırladaq ki, bu gün Şuşa şəhərinə 15 ailə – 57 nəfər yola
salınıb. Beləliklə Şuşa şəhərində 105 ailənin, yəni 406 nəfərin
daimi məskunlaşması təmin edilib.