
Bakı. Trend:
Bu gün doğma yurdumuza, Şuşaya qayıtdığım üçün dövlətimlə,
xalqımla fəxr edirəm.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini Nəsibova Yeganə
deyib.
Onun sözlərinə görə, 1992-ci ildə Şuşanı tərk etməyə məcbur
qalıb.
“Bu günü təsəvvür etmək çox çətindir. Mən bu gün doğma yurdumuza
qayıtdığım üçün çox sevinirəm. Başda Ali Baş Komandan olmaqla,
Milli ordumuzun hər bir üzvünə, hər bir zabit və əsgərinə bizə bu
günləri yaşatdığı üçün öz minnətdarlığımı bildirirəm. Torpaqlarımız
uğrunda şəhid olan, öz qanı ilə torpaqlarımızı azad edən
şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Mən öz rəhbərliyimizlə,
xalqımızla, ordumuzla, mübariz oğullarımızla fəxr edirəm”, – deyə o
qeyd edib.
Xatırladaq ki, bu gün Şuşa şəhərinə 15 ailə – 57 nəfər yola
salınıb. Beləliklə Şuşa şəhərində 105 ailənin, yəni 406 nəfərin
daimi məskunlaşması təmin edilib.





























