Advertisement

Balakəndə meşədə çətənə kolu yetişdirən şəxs saxlanılıb (FOTO)

Bakı. Trend:

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik
tərkibli bitkilərin kultivasiyası və narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata
keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional
qrupundan Trend-ə verilən məlumata görə, tədbirlərlə rayon sakini,
38 yaşlı Qurban Həsənov saxlanılıb. Onun meşə massivində
əkib-becərdiyi 65 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Saxlanılan şəxs narkotik tərkibli bitkiləri bir müddət əvvəl
əkdiyini və aqrotexniki qulluq göstərdiyini bildirib.

Keçirilən digər tədbir zamanı isə narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji əmələ görə 6 dəfə
məhkum olunmuş Qəhrəman Qəhrəmanov saxlanılıb. Onun üzərindən və
yaşadığı ünvandan marixuana aşkar olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam
etdirilir.