Advertisement

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin
etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar
reysləri təyin edib.

Qurumdan Trend-ə bildirilib ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə
əlavə qatar reysləri həftəsonu günlərinə təyin edilir.

Əlavə təyin edilən qatarlar iyunun 1-də saat 09:15-də Bakıdan-
Ağstafaya, iyunun 2-də saat 15:00-da isə Ağstafadan-Bakıya yola
düşəcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin
saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə
etmək mümkündür.