Bakı. Trend:
Mayın 29-dan əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili
istiqaməti üzrə elektron sənəd qəbuluna başlanılıb.
Elm və Təhsil Nazirliyindən Trend-ə verilən xəbərə görə, Təhsil
Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali və orta
ixtisas təhsili müəssisələrinə təkrar ali və ya orta ixtisas
təhsili üçün müraciət etmək istəyənlər www.portal.edu.az vasitəsilə
sənədlərini təqdim edə bilərlər.
Portal vasitəsilə müraciətin cari statusu, müsahibə və
imtahanlara dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını
ödəmək mümkündür.





























