Advertisement

Nobel mükafatçısı Aziz Sancar Azərbaycana gəlib

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Nobel
mükafatı laureatı, dünyaşöhrətli alim Aziz Sancar AMEA-nın dəvəti
ilə Azərbaycana səfərə gəlib.

Trend-in
məlumatına görə, Aziz Sancar səfərinin ilk günündə Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin məzarını, Şəhidlər
xiyabanını və Türk şəhidliyi abidəsini ziyarət edib.

Aziz Sancarı ziyarət zamanı AMEA-nın prezidenti, akademik İsa
Həbibbəyli və Türkmənistan Elmlər Akademiyasının prezidenti,
professor Alaverdi Aşırov müşayiət ediblər.