
Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasına təhsil naziri təyin edilib.
Trend xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali
Məclisi sədrinin müavini Anar İbrahimov qərar imzalayıb.
Qərara əsasən, Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikasının
təhsil naziri təsdiq edilib.
Qeyd edək ki, E.Nəcəfov buna qədər Naxçıvan Muxtar
Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra
edirdi.





























