Bakı. Trend:
İyunun 1-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat
verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış
yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi
günün ikinci yarısından arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 29-34° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə
60-70 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq
bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi,
yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi
yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir
güclənəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti,
dağlarda gecə 11-16° isti, gündüz 16-21° isti olacaq.





























