Advertisement

Musiqi, incəsənət, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə imtahan keçiriləcək

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi Mədəniyyət Nazirliyi ilə birgə 2024-cü il
iyunun 2-də musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam,
aşıq məktəb və mərkəzlərinə işə qəbulu üzrə test imtahanı
keçirəcək.

DİM-dən Trend-ə verilən
xəbərə görə, imtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da
başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahana
buraxılmır.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək
lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə
vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat
daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası,
lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək
qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları
gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin
səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane
olur.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər
DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap
etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur.
Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr,
onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar
çatdırılır.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

şəxsiyyəti təsdiq edən sənədin əsli;

“İmtahana buraxılış vərəqəsi”.

Musiqi istiqamәti üzrә imtahan verәn iştirakçılar imtahana
gәlәrkәn özləri ilə mütlәq HB sәrtliyindә sadә karandaş, qәlәmyonan
vә pozan gәtirmәlidirlər.

İmtahan müddәti direktor vә direktor müavinlәrinin işә qәbulu
imtahanında 3 saat, müәllimlәrin işә qәbulu imtahanında isә 2
saatdır.

Direktor vә direktor müavinilәrinin imtahanında namizədlərə 100,
müәllimlәrin imtahanında isə 70 test tapşırığı tәqdim olunur. Hәr
düzgün cavab bir balla qiymәtlәndirilir. Sәhv cavablar ümumi
nәticәyә tәsir göstәrmir.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan
şəhərlərində 5 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün
1044 namizəd (106 nəfər direktor, direktor müavini, 938 nəfər isə
müəllim vəzifəsinə işə qəbul) qeydiyyatdan keçib. İmtahanının
keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 12 imtahan rəhbəri, 102
nəzarətçi, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.

İmtahanda 5 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil)
namizədlər də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi
üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin
funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi
müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
Sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə
xüsusi təlim keçirilib.