Bakı. Trend:
Taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış
kartı”) alan sürücülərin sayı 3000-ni ötüb.
Trend bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin
tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)
istinadən məlumat verir.
“Təlimlərə qoşulan taksi sürücülərinin sayında da dinamik artım
müşahidə olunur”, – deyə agentlikdən bildirilib.





























