
Bakı. Trend:
Mayın 31-də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni
tərkibdə ilk iclası keçirilib.
Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən
bildirilib.
İclasda İctimai Şuranın sədri, sədr müavini və katibi
seçilib.
Yeni dönəmdə sədr pedaqogika üzrə elmlər doktoru, Bakı Dövlət
Universitetinin professoru, Müasir Psixoloji Dəstək İctimai
Birliyinin nümayəndəsi Hikmət Əlizadə, sədr müavini “Yuva”
Humanitar Mərkəzi İctimai Birliyi və “FemACT” Azərbaycan Qadın
Fondunun təsisçisi Pərvanə Məmmədova, katib isə Azərbaycan Gənc
Müəllimlər Assosiasiyasının nümayəndəsi Günay Əkbərova olacaq.
İclasda İctimai Şuranın fəaliyyət istiqamətləri ətraflı müzakirə
edilib, Fəaliyyət Planının hazırlanması qərara alınıb.
Qeyd edək ki, mayın 22-də Elm və Təhsil Nazirliyi yanında
İctimai Şuraya seçkilər keçirilib. Namizədliyini irəli sürmüş 19
nəfərdən 11-i səs çoxluğu ilə Şuraya üzv seçilib.





























