Bakı. Trend:
Bu gün iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Trend xəbər verir ki, 1950-ci il iyunun 1-də BMT Baş
Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi
qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların
Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı
təkliflər səsləndirilib və elə bu tədbirdə də 1 iyun tarixini
uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan
sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə
düşüb.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da
qeyd edilir.





























