
Bakı. Trend:
Xankəndidə silah-sursat tapılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, həyata keçirilən tədbirlərlə 25-31 may
tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri
ərazisindən 41 avtomat silahı, 6 tapança, 8 tüfəng, 45 qumbara, 5
mərmi, 60 alışdırıcı, 125 patron darağı, 16323 ədəd müxtəlif çaplı
patron, 29 ədəd süngü-bıçaq, 4 rabitə vasitəsi və digər sursatlar,
Xocalı və Xocavənd rayonları ərazisindən isə ümumilikdə 2 avtomat
silahı, 57 qumbara, 9 mərmi, 22 alışdırıcı, 56 patron darağı, 9560
ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.





























