Advertisement

Bakıda səhər saatlarında AĞIR QƏZA – 3 nəfər öldü

Bakı. Trend:

Bu gün saat 08:00 radələrində paytaxtın Xəzər rayonu ərazisində
3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş
verib.

Bakı Şəhər DYP İdarəsindən Trend-ə verilən məlumata görə,
“Hundai Matrix” markalı, 10-CY-785 dövlət qeydiyyat nişanlı
nəqliyyat vasitəsinin sürücüsü Ayxan Rəsulov idarəetməni itirərək
əks istiqamətli hərəkət zolağına çıxıb və hərəkətdə olan “Hyundai
Santafe” markalı, 77-HF-038 dövlət qeydiyyat nişanlı və “Daewoo”
markalı, 99-MB-211 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri
ilə toqquşub.

Qəza nəticəsində “Hundai Matrix” markalı avtomobilin sürücüsü
A.Rəsulov, avtomobildə olan sərnişini İftixar İskəndərov və “Hundai
Santafe” markalı avtomobilin sürücüsü Fərid Hüseynov aldığı
xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər.

Hazırda faktla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində araşdırma
aparılır.