
Bakı. Trend:
Ölkənin qabaqcıl internet provayderi CityNet Azərbaycanda böyük
oyun festivalı olan GameSummit-in əsas tərəfdaşıdır.
1 – 2 iyun tarixlərində “Baku Crystal Hall”da keçiriləcək
GameSummit Summer 2024 festivalında hər yaş qrupundan olan
qonaqların VR və interaktiv zonalarda əylənmək, eyni zamanda
qabaqcıl süni intellektə malik əsl robotla söhbət etmək imkanı və
müxtəlif hədiyyələr qazanmaq şansı olacaq.
Artıq 3-cü dəfədir ölkəmizdə təşkil olunan bu festivalın əsas
tərəfdaşı CityNet iştirakçıları “Gələcəyin şəhəri” mövzulu xüsusi
stenddə qarşılayacaq. CityNet City-də qonaqları beynəlxalq virtual
yarışlar, dəyərli hədiyyələr və əyləncə dolu eksklüziv oyun arenası
gözləyir. Bundan başqa, CityNet şəhərciyində ilk dəfə olaraq
həmyerlilərimizin hazırladığı Azərbaycanın birinci kiberidman oyunu
təqdim olunacaq. CityNet iştirakçılara bu oyunu hamıdan əvvəl test
etmək imkanı yaradır.
Qeyd edək ki, CityNet ölkəmizdə rəqəmsal inkişafı və
innovasiyaları təşviq edən layihə və təşəbbüsləri daima
dəstəkləyir. CityNet bundan öncə keçirilən GameSummit
festivallarında da əsas tərəfdaş kimi çıxış edib.
CityNet yüksək sürətli sabit internet, ev telefonu xətti və
rəqəmsal TV (120 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidmətləri
təqdim edən və daim inkişaf edən internet provayderidir. Qoşulma və
ya ətraflı məlumat üçün www.citynet.az saytına keçid edə və ya
*1177 ilə əlaqə saxlaya bilərsiniz.





























