Advertisement

İstirahət günü hava necə olacaq?

Bakı. Trend:

İyunun 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə
görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, gecə
yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı,
şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi
günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 15-20°, gündüz 22-27° olacaq. Atmosfer
təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi
rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,
şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara
keçəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi
yerlərdə arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı
yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20°, gündüz 25-30°, dağlarda gecə
9-13°, gündüz 13-18° olacaq.