Advertisement

Şuşada 1 nömrəli tam orta məktəbdə neçə şagird təhsil alacaq? – AÇIQLAMA

Şuşa. Trend:

Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin bərpası artıq
yekunlaşıb. Məktəb 2024-2025-ci tədris ilindən fəaliyyətə
başlayacaq.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şuşa
şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova
deyib.

Direktor bildirib ki, ilkin proqnozlara görə, məktəbdə 258
şagirdin təhsil alması nəzərdə tutulur. Bu rəqəmlərə əsasən,
təxminən 24-ə yaxın müəllimin işlə təmin olunması planlaşdırılır və
bu say arta bilər:

“Böyük Qayıdış Proqramının birinci mərhələsi davam edir. Hazırda
əhali köçürülmə mərhələsindədir. Məktəbdə əsasən Şuşa şəhər
qeydiyyatında olan və burada müxtəlif müəssisələrdə çalışan
şəxslərin ailə üzvləri işlə təmin ediləcəklər. Müəllimlər üçün
stimullaşdırıcı təlimlər olacaq. Yay məktəbi təşkil etməyi də
düşünürük. Həm müəllim, həm də şagirdlərin məktəbə adaptasiyası
planlaşdırırılır”.

Qeyd edək ki, müasir standartlara cavab verən Şuşa şəhəri 1
nömrəli tam orta məktəb 960 şagird yerlikdir, 3 mərtəbə, 5 blokdan
ibarətdir. Məktəbdə 24 nəfərlik 40 sinif otağı var. Kitabxana, oxu
zalı, STEAM mərkəzi, gənclərin ibtidai hərbi hazırlığı, musiqi,
tibb və iaşə kabinetləri var.