Advertisement

Gədəbəy və Şahdağa dolu düşüb – FAKTİKİ HAVA

Bakı. Trend:

İyunun 1-i saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər
verildiyi kimi, Şahdağ, Gədəbəy, Göygöl, Daşkəsəndə şimşək çaxıb,
leysan xarakterli yağış yağıb.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən xəbər
verilib.

Bildirilib ki, Gədəbəy rayonu Slavyanka kəndinə saat 14:48-14:50
radələrində, Şahdağda isə saat 14:50-15:00 radələrində dolu
düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan
MR-da 32, Aran rayonlarında 33, dağlıq rayonlarda 22 dərəcəyədək
isti olub.