Bakı. Trend:
Qazaxda gənc toyuna bir gün qalmış özünü asıb.
Trend xəbər verir ki, hadisə rayonun Orta Salahlı kəndində baş
verib.
Belə ki, dünən kənd sakini 27 yaşlı Əhliman Omarovun meyiti
həyətlərindəki çardaqdan asılı halda tapılıb.
İntiharın səbəbi hələlik müəyyənləşdirilməyib.
Sözügedən şəxsin bu gün toyu olacaqmış.
Faktla bağlı araşdırma aparılır.





























