Advertisement

Bank kartlarını talayan şəxs tutuldu

Bakı. Trend:

Hövsanda bank kartlarını talayan şəxs saxlanılıb.

Trend xəbər verir ki bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis
Şöbəsinə müxtəlif vaxtlarda 8 nəfər şəxsin bank kartından 850, 184,
1000, 400, 481, 2000, 200 və 205 manat olmaqla ümumilikdə 5320
manat pul vəsaitinin talanması barədə məlumatlar daxil olub.

Şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törədən
əvvəllər dələduzluq və quldurluğa görə məhkum olunmuş 39 yaşlı
Elşad Fəttahov saxlanılıb.

Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam
etdirilir.

Onun əməllərindən zərərçəkən digər şəxslər varsa, bu barədə
polis orqanlarına müraciət edə bilərlər.